adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2025 09:38
98
DÜNYA
A- A+

"Çinlə ticarət sövdələşməsi Tayvana hərbi yardıma təsir etməyəcək"

ABŞ prezidenti hesab edir ki, ÇXR-nın hakimiyyəti Tayvana qarşı hər hansı bir addım atmayacaq  çünki nəticəni başa düşür.

Donald Tramp  Si Tzinpenlə görüşdən sonra, CBS telekanalına müsahibəsində bildirib ki, Çin liderii ilə son görüşlərində Tayvan məsələsini qaldırmayıb, çünki "anlayır ki, sonra nələr baş verə bilər".

 "Si Tzinpendə, onun adamları da,  görüşdə açıq şəkildə bildirdilər ki, "Tramp hakimiyyətdə olduğu müddətdə biz heç nə etməyəcəyik" -deyə Ağ Evin rəhbəri bildirib.

 Jurnalistin,  "əgər Tayvana aarşı statuskvo pozularsa ABŞ hansı addımı ata bilər" suallna, "sirlərimizi aça bilmərəm, əgər bu baş verərsə, suallnıza cavab alarsınız"- deyə cavab verib.

 NBS telekanalı mənbələrinə əsasən bildirir ki, Trampın məsləhətçiləri, ABŞ-ın Çinlə ticarət sövdələşməsi baş tutarsa, Birləşmiş Ştatlar Tayvana qarşı mövüeyini dəyişə bilər.

 Dövlət Katibi Marko Rubio isə, bəyan edib ki, Pekinlə ticarət sövdələşməsi, Tayvana göstərilən hərbi yardım dayandırılmayacaq.

 Rüstəm Hacıyev