“Ermənilər anlamalıdır ki, ona - buna alət olmaq...”
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanın Baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə verdiyi cavabı yenə də təxribat xarakteri daşıyır və milli zəmində nifrət aşılayır. Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirmişdi: “Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
“Mariya Zaxarova isə KQB-nin yalnız 1954-cü ildə, Osmanlı İmperiyasında erməni soyqırımından təxminən 40 il sonra yaradıldığını xatırladaraq bu cür ittihamların əsassız olduğunu deyib. O helə deyib: “Osmanlı İmperiyasında Erməni Soyqırımı 1915-ci ildə, KQB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb”. Lakin xanım Zaxarova onu xatırlatmağı unudub ki, əslində ermənilərin beyninə qondarma "erməni soyqırımı" fikrini də özləri salıb. Söhbət KQB-dən getmir. Çar Rusiyası dövründən erməniləri türklərə qarşı təhrik edib qızışdıran, nifrət yaradan, qisasçılığa təşviq edən də özləri olub. Zaxarovanın açıqlamasında "Osmanlı İmperiyasında erməni soyqırımı" ifadəsinin işlədilməsi əslində bu gün də hansı məqsədi daşıdığını çılpaqlığı ilə ortaya qoyur. Bir qədər əvvəl İsrailin Baş naziri də açıq tekstlə "erməni soyqırımı"nı tanıdığını elan etmişdi. Lakin reaksiyalar mənfi oldu. Xüsusən, Ermənistan Baş naziri bu kimi bəyanatların ara qızışdırmaq, Türkiyə ilə Ermənistanı yenidən düşmən etmək məqsədi daşıdığını anladı və rədd etdi”.
T.İrfanın sözlərinə görə, şübhəsiz ki, tarixi faktlar sübut edir ki, ermənilərlə türklərin arasında düşmənçilik toxumunun səpilməsində, qondarma "erməni soyqırımı" iddialarının ortaya atılmasında, vaxtilə Qarabağda separatçılığın körüklənməsində Çar Rusiyasının, Sovet İmperiyasının və indiki Rusiyanın müstəsna rolu olub:
“Biz bunu hər zaman anlamışıq və qəbul etmişdik. Lakin Ermənistan bunu anlamır və qəbul etmirdi. Rusiyanın əlində alətə çevrilib Türkiyə və Azərbaycan əleyhinə istifadə olunurdu. Ancaq indiki dövrdə artıq bu reallığı və aydın həqiqətləri nəinki qəbul edirlər, hətta Baş nazir səviyyəsində etiraf edib elan edirlər. Ona görə də Ermənistan və ermənilər anlamalıdır ki, ona - buna alət olmaq, kənar qüvvələrin maraqları naminə oyuncağa çevrilmək dövrü onlar üçün bitməlidir. Normal qonşuluq edərək sülh və sabitliyin qorunmasına xidmət etməlidirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Noyabr 2025 20:00
Hakan Fidan: Türkiyə Yaxın Şərqdə sülhə nail olmaq üçün bütün səylərini göstərəcək
03 Noyabr 2025 19:36
Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər
03 Noyabr 2025 19:12
İtaliya buna davam etsə, tamamilə çökəcək - Zaxarova
03 Noyabr 2025 18:25


Bakı -°C

