“Liverpul” “Çelsi”ni məğlub edərək 1/4 finala yüksəldi - VİDEO
“Liverpul” futbol klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Çelsi”ni penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Adalet.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Liverpul”un heyətində Kodi Qakpo 43-cü dəqiqədə fərqlənib. “Çelsi”nin yeganə qolunu isə 40-cı dəqiqədə penalti zərbəsindən Morqan Rocers vurub.
Penaltilər seriyasında daha dəqiq oynayan “Liverpul” 6:5 hesabı ilə qalib gəlib.
Mersisayd təmsilçisinin 1/4 final mərhələsindəki rəqibi püşkatmadan sonra müəyyənləşəcək. Daha əvvəl “Mançester Siti”, “Bredford Siti”, “Bornmut”, “Kristal Pelas”, “Sanderlend” və “Arsenal”ı mübarizədən kənarlaşdıran “Flitvud Taun” növbəti mərhələyə yüksəlib. “Everton” – “Nyukasl” matçı oktyabrın 29-da keçiriləcək.
Qeyd edək ki, 1960-cı ildən təşkil olunan İngiltərə Liqa Kubokunda ölkə çempionatının dörd yüksək divizionunda çıxış edən klublar mübarizə aparır. Turnirin rekordçusu 10 dəfə qalib olmuş “Liverpul”dur. Ötən mövsümün qalibi isə “Mançester Siti” olub.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

