Ərdoğan müxalifətə xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı açıqlama verib.
Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bildirib:
"Biz heç vaxt küçələrimizdə iğtişaşlara və ya millətimizin əmin-amanlığının pozulmasına icazə verməyəcəyik, xüsusən də İstanbuldakı bacı-qardaşlarımın. Ana müxalifətin köhnə və yeni üzvləri arasında şiddətli hakimiyyət mübarizəsinin ölkənin nailiyyətlərinə xələl gətirməsinə imkan verməyəcəyik".
Qeyd edək ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şöbəsi rəhbərliyinin, o cümlədən sədr Özgür Çelikin vəzifəsindən uzaqlaşdırılması və nəzarətin Gürsel Tekinin rəhbərlik etdiyi müvəqqəti şuraya verilməsindən sonra İstanbulda etiraz aksiyası keçirilib.
Bundan əvvəl 2023-cü ildə qurultay və səsvermə zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılıb.
Digər Xəbərlər

Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirildi - 10 ilə qədər həbs

Nepal Prezidentinin istefası barədə xəbər təkzib edilib - YENİLƏNİB

Konqoda 50-dən çox insan öldürülüb

Qəzza bölgəsi boşaldılır

İsrail Suriyada türk hərbi texnikasını vurub?

Yeni nazir sərt qanunlar gətirir

İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək
