İtaliyalı parlamentarilər Ağdam, Xankəndi və Şuşaya səfər ediblər - FOTOLAR

Mayın 1-də İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəlib.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Nümayəndə heyətinin üzvləri Ağdam şəhərində görülən işlər və buradakı İmarət kompleksi ilə tanış olublar.
Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər. Onlar burada Zəfər meydanını gəziblər, qonaqlara şəhərdə görülən işlər barədə məlumat verilib.
İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Xankəndidən sonra Şuşa şəhərinə gəlib.
Səfər zamanı nümayəndə heyəti Cıdır düzü, Şuşanın tarixi məkanları, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olub.
Qonaqları Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli müşayiət edib.
Digər Xəbərlər

Elnur Məmmədov Nepal XİN başçısı ilə görüşüb

Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır

Azərbaycandan Hindistanla Pakistana ÇAĞIRIŞ

Azərbaycan XİN İsraili təbrik etdi

İSSA Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva Ər-Riyadda - FOTOLAR

SSRİ-ni dağıdıb İrana kəllə ATANLAR – Səxavət Məmməd yazır
jpg-1746092627.jpg)
Tatevikin "Netanyahu və Ərdoğanın Bakı səfəri" təlaşı:"Qarşıda bizi..."
