İsrail Qəzzada uşaq xəstəxanasını vurub

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Əl-Rantisi Uşaq Xəstəxanasını atəşə tutub.
Adalet.az xəbər verir ki, bu barədə Fələstin hökuməti məlumat yayıb
"Xəstəxananın yuxarı mərtəbələri bir-birinin ardınca bir neçə dəqiqə ərzində üç dəfə hücuma məruz qalıb. Bu cinayət İsrailin Qəzza zolağında səhiyyə sistemini çökdürmək üzrə ardıcıl siyasətini təsdiqləyir", - məlumatda qeyd olunub.
Əl-Rantisi Uşaq Xəstəxanası Qəzza zolağında xərçəng, eləcə də tənəffüs və mədə-bağırsaq xəstəlikləri diaqnozu qoyulmuş uşaqlara tibbi yardım göstərən yeganə müəssisədir. 80 xəstədən 40-ı sığınacaq axtarmaq üçün xəstəxananı tərk edib. Müalicə olunan uşaqların yarısı, valideynləri və tibb işçiləri ilə birlikdə daha da atəşə tutulma riskinə baxmayaraq, binada qalıblar.
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
