İsrail Kəşfiyyatının rəhbəri: Yalnız irəli getməliyik

“İran Ordusunun əsas dayaq məntəqələri və bir sıra generallarının zərərsizləşdirilməsində əldə etdiyimiz kəşfiyyat məlumatlarının rolu böyük olub”.
Adalet.az İsrail Müdafiə Qüvvələrinin “Teleqram” kanalına istinadən xəbər verir ki, bunu İsrail Kəşfiyyatının rəhbəri, general-mayor Şlomi Binder sözügedən qurumun hərbi bazasında çıxışı zamanı deyib.
O, həmçinin Yaxın Şərqdəki vəziyyət və girovların məsələsinə toxunaraq, bu problemin diqqətdən kənarda qalmadığını söyləyib:
“Yaddaşınızda saxlayın ki, biz yalnız bir cəbhədə hərəkət etmirik. İranla bərabər Qəzzadakı girovlar və ön cəbhədəki hərbçilərimizlə bağlı məsələləri də diqqətdə saxlayırıq. Sizin üzərinizə vətəndaşlarımızın raket hücumları ilə bağlı vaxtında məlumatlandırılması kimi mürəkkəb bir missiya düşüb. Bunun nəticəsində onlar təhlükəsiz ərazilərə vaxtında təxliyə edilərək, öz həyatlarını xilas edə biləcəklər. O ki qaldı sizə, bundan sonra yalnız irəli getməlisiniz”.
Ş. Binder eyni zamanda geri çəkilməyin mümkünsüzlüyünü tabeçiliyindəki şəxsi heyətin diqqətinə çatdırıb.
Digər Xəbərlər

İran televiziyasının baş ofisində yenidən yanğın başlayıb

"İran regionda qırmızı xətlərini qoruyub saxlayacaq" - Səfir

"Region heç vaxt əmin-amanlıq görməyə bilər" - Pezeşkian
