İrandan Azərbaycana narkotik gətirmək istədilər -FOTO

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan Respublikası vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
25 Oktyabr 2025 13:53 DİN qumar oyunları ilə bağlı daha 5 dəstəni ifşa etdi - VİDEO
25 Oktyabr 2025 12:41 Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu
25 Oktyabr 2025 12:30 Binəqədidə oğurluq edən şəxslər saxlanıldı
24 Oktyabr 2025 17:02 Ödəmə terminalından oğurluq edildi - VİDEO
24 Oktyabr 2025 16:05 Azərbaycanlı kriminal avtoritet Rusiyada həbsxanada öldürüldü
24 Oktyabr 2025 14:11 Vəkil Zabil Qəhrəmanov saxlanılıb - YENİLƏNİB
24 Oktyabr 2025 10:40 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
24 Oktyabr 2025 10:33 

Bakı -°C 







