25 Oktyabr 2025 14:05
134
DÜNYA

Belqorod su anbarının bəndi ciddi zədələndi, təxliyə elan edildi

Rusiyada Belqorod su anbarı bəndi Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində zədələnib.

Adalet.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat verib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri yenidən hücum edərsə, Belqorod su anbarı bəndi dağıla və təxminən 1 000 nəfərin evi su altında qala bilər.

"Bu baş verərsə, təxminən 1 000 sakinin yaşadığı yaşayış məntəqələrimizdəki bir neçə küçəni su basma riski yaranacaq", - o yazıb.

Qladkov, həmçinin daşqın riski altında yaşayanların təxliyə olunduğunu söyləyib. Sakinlərə müvəqqəti yaşayış yeri axtarmaq tövsiyə olunub.