15 Iyun 2025 18:25
953
DÜNYA

İran mülki şəxslərin qətlinə görə çox ağır hesab ödəyəcək - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Bat Yamda İranın raket zərbəsinin baş verdiyi əraziyə gəlib. Burada o, İranın bu hücuma görə cavab verəcəyini bildirib və israilliləri Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırıb.

Adalet.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

"İran mülki şəxslərin qətlinə görə çox ağır hesab ödəyəcək. Biz eyni zamanda öz məqsədimizə də nail olacağıq," — deyə Netanyahu bəyan edib.
Netanyahu əlavə edib:

"Biz buradayıq, çünki mövcudluq uğrunda bir mübarizədəyik və bu gün İsrailin hər bir vətəndaşı bunu anlayır".