adalet.az header logo
  • Bakı -°C
26 May 2026 16:45
100
DÜNYA
A- A+

İran ABŞ-dən 24 milyard dollarını tələb edir

İran ABŞ ilə əldə olunacaq razılaşma çərçivəsində özünün dondurulmuş aktivlərinin sərbəst buraxılmasını tələb edir.

Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi danışıqlar qrupuna yaxın olan mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Tehran və Vaşinqton arasında sülh sazişinin bir hissəsi olacaq anlaşma memorandumu çərçivəsində təxminən 24 milyard dollar vəsaitin dondurulması qərarı ləğv edilə bilər. İslam Respublikası bu məbləğin yarısını sənəd imzalanan kimi dərhal almaq istəyir. Vəsaitin qalan hissəsinin isə növbəti 60 gün ərzində əlçatan olması planlaşdırılır. Mənbənin sözlərinə görə, Qətərdəki görüşlər ümumilikdə müsbət keçib və danışıqlar prosesində irəliləyişə səbəb olub. Cənubi Koreya və Qətərdə İran vəsaitlərinin sərbəst buraxılması ilə bağlı əvvəlki təcrübəni nəzərə alaraq, bu halın yenidən təkrarlanmaması üçün icra mərhələlərinin diqqətlə izlənilməsinə xüsusi önəm verildiyi vurğulanıb.

Xatırladaq ki, İran təmsilçiləri dünən ABŞ ilə ehtimal olunan müqaviləyə dair məsləhətləşmələr üçün Dohaya (Qətər) yollanıblar.