31 Yanvar 2024 15:01
609
ANALİZ

İLHAM ƏLİYEVİN AZƏRBAYCAN TARİXİNDƏ ROLU

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də adlarıını qızıl hərflər ilə Azərbaycan tarixinə  yazmış iki ziyalı nəslin nümayəndələrinin ailəsində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı tam  orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və bundan sonra bütün həyatını Azərbaycanı dünya siyasi arenasında tanıtmağa həsr edib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

İlham Əliyev bu gündə Azərbaycanda Heydər Əliyev yolunun layiqli davamçısıdır. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. Daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.  İlham Əliyev qalib ordunun qalib Ali Baş Komandanıdır və adını Azərbaycan tarixinə qızıl hərflər ilə yazmışdı.

Ali Baş Komandan İlham Əliyev “QARABAĞ AZƏRBAYCANDIR!” dedi və etdi.  Biz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi dəstəkləyir və  növbəti Prezident seçkilərində  qüdrətli Azərbaycan qurucusuna səs verəcəyik! 
 

Dos.Solmaz Həsənova
Baş müəl.İlhamə Ələkbərova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)