İlham Əliyev Yamaykanın Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər

Xəzərin dayazlaşması ilə bağlı Bakıda iclas keçirildi

Belçika Azərbaycana yeni konsul təyin edib

Azərbaycan-ABŞ münasibətləri prezidentlərin təmaslarında - TƏHLİL

Ombudsman beynəlxalq təşkilatlara çağırış etdi

Şahin Mustafayev Tehrana gedir - Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Tramp İlham Əliyev və Paşinyanla görüşəcək - FOTO

Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli görüşü olub
