İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovaya təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş münasibətlərimiz, səmərəli birgə fəaliyyətimiz ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. Mart ayında Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinə yeni təkan verdi.
Bu gün dövlətlərarası əməkdaşlığımızın bir sıra sahələrdə daha da dərinləşməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoqumuz bunun üçün yaxşı zəmin yaradır.
İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Digər Xəbərlər

Deputat: Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

Azərbaycan və ABŞ-nin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib

Bu, Azərbaycanın diplomatik və strateji uğurudur - Elman Nəsirov

Deputat: "Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir"

Vaşinqton görüşü Azərbaycan diplomasiyanın yeni uğuru idi - Vüqar Bayramov

Vaşinqton razılaşması Azərbaycanın mühüm diplomatik qələbəsidir

"Zəngəzur dəhlizi İlham Əliyevin adını daşıyacaq" - Əli Əhmədov
