"İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir" -Spiker

Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda sədr Sahibə Qafarova deyib.
“Prezident İlham Əliyev Prezident Donald Trampın dəvəti ilə ABŞ-a səfər edib. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, keçirilən görüşlərə görə əminliklə deyə bilərik ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətləri prinsipiallığı, diplomatik məharəti, cəsarətidir. Vaşinqton razılaşmaları da məhz bu kontekstdən qiymətləndirilməlidir!”, - deyə spiker vurğulayıb.
Sahibə Qafarova qeyd edib ki, bu səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyulması ilə səciyyələndirilməlidir: “Bu məsələdə Prezident Trampın sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı. Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra sülh diplomatiyasının məntiqi sonluğa çatdırılması ilə də səciyyələndirilməli hadisə oldu”.
Digər Xəbərlər

Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

Milli Məclisin xüsusi iclas keçirildi - YENİLƏNİB

Deputat: Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

Azərbaycan və ABŞ-nin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib

Bu, Azərbaycanın diplomatik və strateji uğurudur - Elman Nəsirov

Deputat: "Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir"

Vaşinqton görüşü Azərbaycan diplomasiyanın yeni uğuru idi - Vüqar Bayramov
