Hava sabah da küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze”də olublar - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə - Qəzalı binalarla bağlı Komissiya yaradıldı

Səfərovların Bakıda yas mərasimi keçiriləcək

Vilayət Eyvazov jurnalistlərə təşəkkür etdi

Polis Akademiyasında təntənəli buraxılış mərasimi keçirildi - VİDEO+FOTOLAR

Biz o polisi sevirik ki... - Zaur Əhməd yazır

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO+FOTOLAR
