İlham Əliyev Özbəkistana təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.
Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.
Digər Xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Xüsusi icra məmurlarının fəaliyyətinin təşkili qaydaları müəyyənləşir

Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi - YENİLƏNİB

İlham Əliyev: Azərbaycan və Özbəkistan qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib

Azərbaycan Prezidenti Özbəkistana investisiyaları prioritet adlandırıb

Özbəkistan səfirliyinin Bakıda yeni binası açıldı
