Biz o polisi sevirik ki... - Zaur Əhməd yazır

Biz o polisi sevirik ki, özümüzünküdür - oğuldur, qardaşdır, atadır...
Biz o polisi sevirik ki, hər dara düşəndə ümid yeri kimi onun qapısına gedirik.
Biz o polisi sevirik ki, ağır günlərdə, fövqəladə vəziyyətlərdə gecə-gündüz ləyaqətlə xidmət aparır.
Biz o polisi sevirik ki, küçədə yaşlı ata-analara övladlıq edir, əlindən tutur, dayaq olur.
Biz o polisi sevirik, uşaqlar onu görəndə qorxmur, əksinə sevinir, güvənc duyur, etibar edir.
Biz o polisi sevirik ki, dövlət bir qərar verəndə onun sərt üzünü, qüdrətini cümlə-aləmə göstərir.
Biz o polisi sevirik ki, vətən dara düşəndə ilk haraya o gəlir, sinəsini sipər edir, şəhidliyə ucalır.
Biz bütün bu üstün məziyyətləri və dəyərli keyfiyyətləri özündə birləşdirən, dövlətə, vətənə, xalqa ləyaqətlə xidmət edən, sıralarındakı qüsurlu, kobud, əyri olanları da öz yaxşısı ilə gizlədən, görünməz edən polisimizi sevirik.
Xalq sizi onu qoruduğunuz qədər sevir, ləyaqətli Azərbaycan polisləri.
Yaşasın Azərbaycan!!!
Digər Xəbərlər

Ağdamda Qırğızıstanın tikdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq

Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze”də olublar - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə - Qəzalı binalarla bağlı Komissiya yaradıldı
