“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
“Cənab Prezident İlham Əliyevin “Biz torpaqlarımızı heç vaxt güzəştə getməyəcəyik” bəyanatı milli iradənin qətiyyətlə ifadəsi oldu. Bu milli mövqe milyonlarla insanın qəlbində azadlıq toxumunun cücərməsinə xidmət etdi. Eyni zamanda, istiqlal məşəli qəlblərdə alovlandı və insanları bu ideya ətrafında birləşməyə sövq etdi.Bu gün isə Aprel döyüşlərinin 10-cu ildönümünü qeyd edirik. Regionda güc balansını dəyişən və saxta “status-kvo”nu dağıdan tarixi mərhələ”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, Aprel döyüşləri illərlə “dondurulmuş münaqişə” kimi təqdim edilən vəziyyətin əsl mahiyyətini ifşa etdi:
“Bu, işğalın qorunmasına xidmət edən siyasi konstruksiya idi. Azərbaycan bu əməliyyatlarla həm hərbi, həm də diplomatik müstəvidə təşəbbüsü qəti şəkildə ələ aldı. Ordunun addımları siyasi iradə ilə uzlaşaraq yeni geosiyasi reallıq formalaşdırdı. Ermənistanın “məğlubedilməzlik” mifı dağıldı, danışıqlar masasında balans dəyişdi. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan üçün ərazi bütövlüyü müzakirə mövzusu deyil dəyişməz strateji xəttdir. Aprel əməliyyatları sonrakı hərbi-siyasi transformasiyanın əsasını qoydu. Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi, illərlə qurulan miflər dağıldı. Şəhidlərimizin qanı ilə yazılan bu tarix nə susacaq, nə silinəcək, nə də unudulacaq. Bu, təkcə cəbhə xəttində qazanılan uğur deyil, bütövlükdə dövlət gücünün nümayişidir. Bu gün biz bu mərhələni sadəcə xatırlamırıq onu dövlətçilik iradəsinin konkret nəticəsi kimi qiymətləndiririk”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41
"Bir-birimizin yanında olmağa davam edəcəyik" - İlham Əliyev
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30


Bakı -°C

