Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
Bu gün İrana növbəti humanitar yardım yola salınır.
Adalet.az xəbər verir ki, göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.
Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla sonuncu telefon danışığında qonşu və dost İran xalqına növbəti humanitar yardımın göndəriləcəyini açıqlamışdı.
Digər Xəbərlər
06 Aprel 2026 11:35
Kəmaləddin Heydərov Keşlədə - VİDEO
06 Aprel 2026 11:01
Azərbaycanda əməkhaqqına dair yeni tələb müəyyənləşir
06 Aprel 2026 11:00
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
06 Aprel 2026 10:19


Bakı -°C

