Ermənistan XİN başçısı Niderlanda işgüzar səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 17-18-də Niderlandda işgüzar səfərdə olacaq.
Adalet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Mirzoyan Haaqada Ermənistanın Daimi Arbitraj Məhkəməsinə qoşulmasına həsr olunmuş tədbirdə iştirak edəcək.
Ermənistan XİN başçısının niderlandlı həmkarı David van Villə, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
