Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
Bunu birdəfəlik çox açıq şəkildə vurğulamaq istəyirəm: futbolun ruhu ədalətdir. Bu ədaləti bərqərar edə bilməsək, meydandan çıxan nəticələr heç vaxt bizi qane etməyəcək. Niyə? Çünki nəticə ədalətdən uzaq olacaq. Bununla kifayətlənmək mümkün deyildi. Bütün bunlara baxmayaraq, biz futbolun nəcib və saf ruhunun tərəfdarıyıq.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə futbolunda mərc oyunları ilə bağlı keçirilən əməliyyatlara münasibət bildirərkən deyib.
“İnanıram ki, məhkəmə mexanizmi ədalətli fəaliyyət göstərəndən sonra bu, bərqərar olacaq. Harada olmasından asılı olmayaraq, hansı klub olursa olsun, A klubu və ya B klubu fərqi yoxdur. Burada ədalət bizim üçün son dərəcə vacibdir. Və inanıram ki, məhkəmə hazırda öz üzərinə düşən vəzifəni ən ideal şəkildə yerinə yetirir. Xüsusilə azarkeşlərin səsi, gənclərin arzuları, bu millətin təmiz futbol həsrəti uğrunda bu mübarizəni sona qədər davam etdirəcəyik”, - Ərdoğan əlavə edib.
Qeyd edək ki, bir müddətdir Türkiyə futbolunda baş tutan mərc oyunlarına qarşı əməliyyatlar keçirilir. Əməliyyatlar çərçivəsində bir neçə tanınmış futbolçu, hakim və mütəxəsislər saxlanılıb.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56
Zelenski: “Ruslar çox danışırdılar, Kupyanskda əsgərlərimizin yanındayam” - VİDEO
12 Dekabr 2025 19:34


Bakı -°C

