Ərdoğan Şuşanın İƏT-in 2026 mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbrik edib

Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması üçün hamımız üçün faydalıdır. İƏT-in 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbuluna dəstəkləyirik”.
Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il İƏT-in mədəniyyət paytaxtı seçilməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Digər Xəbərlər

"Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb" - Pezeşkian

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR
