04 Iyul 2025 18:10
99
DÜNYA

Zelenski və Tramp arasında telefon danışığı olub

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp telefon danışığı aparıblar.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Onların danışığı ABŞ-nin Ukraynaya bəzi əsas hərbi yardım növlərinin tədarükündə fasilələr yaranması fonunda baş tutub.