Ərdoğan Küveytə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt, Qətər və Omanı əhatə edən üçgünlük Körfəz turu çərçivəsində Küveytə yola düşüb.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, Küveytdən başlayacaq səfərlər zamanı Türkiyə ilə Körfəz ölkələri arasında ikitərəfli münasibətlərin inkişafı və regional proseslər müzakirə olunacaq.
Bildirilib ki, səfərin ilk dayanacağında Türkiyə Prezidenti Küveyt əmiri ilə görüşəcək.
Körfəz turunun ikinci dayanacağı isə Qətər olacaq. Məlumata görə, sabah paytaxt Dohada R.T.Ərdoğan Qətər əmiri ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərdən başlayaraq regional məsələlərə qədər bir sıra mövzular müzakirə olunacaq. Qəzzadakı atəşkəs prosesi və bölgənin yenidən qurulması liderlərin əsas gündəm mövzularından biri olacaq.
R.T.Ərdoğan Körfəz səfərinin son dayanacağı olan Omana isə cümə axşamı gedəcək. Türkiyə Prezidenti paytaxt Masqatda Oman sultanı ilə ikitərəfli görüş keçirəcək. Görüşdə iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, regional proseslər də dəyərləndiriləcək.
Türkiyə liderinin Körfəz turu çərçivəsində müdafiə sənayesi, enerji və investisiya sahələrində əməkdaşlığı dərinləşdirəcək yeni addımların atılması nəzərdə tutulur. Münasibətlərin inkişafı məqsədilə ikitərəfli sazişlərin imzalanması da planlaşdırılır.
Digər Xəbərlər

Nobel olmasın, Nikson olsun - Tramp Sülh Mükafatını aldı

Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb

Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb

Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirdi

“Tramp və Putin arasında Budapeşt görüşünün perspektivi yoxdur” – Politoloq

“Bu, Paşinyanın mövqeyini gücləndirəcək...” - Politoloq

Türkiyə XİN və MİT rəhbərləri HƏMAS liderləri ilə görüşdü
