“Bu, Paşinyanın mövqeyini gücləndirəcək...” -Politoloq

“Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yükü olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması baş nazir Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək. Bu Azərbaycanın da maraqlarına uyğundur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək, çünki parlament seçkilərinə hazırlaşır:
“O erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin etdiyi halda, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxırlar. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlanılması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır. Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Nobel olmasın, Nikson olsun - Tramp Sülh Mükafatını aldı

Suriya təhlükəsizlik qüvvələri fransız silahlıların düşərgəsini mühasirəyə alıb

Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb

Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirdi

“Tramp və Putin arasında Budapeşt görüşünün perspektivi yoxdur” – Politoloq

Türkiyə XİN və MİT rəhbərləri HƏMAS liderləri ilə görüşdü

Qəzzaya kim rəhbərlik edəcək?
