02 May 2025 16:21
145
SİYASƏT

Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Məşğələlərə Azərbaycan HDQ Dəniz Təlim Mərkəzinin gəmi hazırlığı bölməsi və Türkiyə HDQ Təlim Mərkəzinin "Yıldızlar" təlim qrupu cəlb olunub.

Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında hərbi dənizçilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə şəxsi heyətin döyüş hazırlığının daha da təkmilləşdirilməsidir.