Əli Əsədov Çin nümayəndəsi ilə görüşdü

Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.
Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.
Prezident İlham Əliyevin avqustun sonu - sentyabrın əvvəlində Çin Xalq Respublikasına işgüzar səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
Digər Xəbərlər

“PostEurop” təşkilatının Baş Assambleyası gələn il Azərbaycanda keçirilə bilər

Sahibə Qafarova: Azərbaycan qadınların hüquqlarının qorunmasına tam sadiqdir

Aİ komissarı sabah Azərbaycana gəlir

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

İlham Əliyev Donald Trampa təşəkkür etdi

“Dövlət başçımız münasibətləri həmişə çoxşaxəli, dərin, səmimi qurur”
