Tramp Azərbaycan və Ermənistanla bağlı paylaşım edib

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşıb.
Adalet.az xəbər verir ki, o, paylaşımına bu sözləri əlavə edib:
"Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün əbədi dostluq olacaq, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün!".
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.
Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.
Digər Xəbərlər

“PostEurop” təşkilatının Baş Assambleyası gələn il Azərbaycanda keçirilə bilər

Sahibə Qafarova: Azərbaycan qadınların hüquqlarının qorunmasına tam sadiqdir

Aİ komissarı sabah Azərbaycana gəlir

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

İlham Əliyev Donald Trampa təşəkkür etdi

“Dövlət başçımız münasibətləri həmişə çoxşaxəli, dərin, səmimi qurur”
