Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

Dünya və ənənəvi dinlərin liderlərinin VIII qurultayı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Adalet.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi və xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi məsələlərində oxşar mövqelərinin olduğunu vurğulayıb.
Qazaxıstan dövlət başçısı dinlərarası anlaşmanın və qarşılıqlı fəaliyyətin təşviqinin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini ifadə edib.
Digər Xəbərlər

“PostEurop” təşkilatının Baş Assambleyası gələn il Azərbaycanda keçirilə bilər

Sahibə Qafarova: Azərbaycan qadınların hüquqlarının qorunmasına tam sadiqdir

Aİ komissarı sabah Azərbaycana gəlir

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

İlham Əliyev Donald Trampa təşəkkür etdi

“Dövlət başçımız münasibətləri həmişə çoxşaxəli, dərin, səmimi qurur”

Tramp Azərbaycan və Ermənistanla bağlı paylaşım edib
