Kolbasadan yad cism çıxdı...
Vaxtı ilə Bakının dükan və mağazalarında çox dadlı və keyfiyyətli kolbasa, sosiska satılardı. Və adam onu yeyəndə dadından doymaq bilmirdi. Üstəlik də həmin məhsulları istehsal edən müəssisələrin , istehsalat sahələrinin üzərində ciddi nəzarət var idi.
Hətta bütün mağazalardan Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar həkimləri həmin məhsullardan nümunə götürər, analiz edər və keyfiyyətsiz məhsullar bir neçə saatın içində satışdan cıxarılardı. Amma indi kolbasa və sosiska istesalı sahəsində çox böyük nöqsanlar mövcuddur və həmin nöqanlar da uzun müddətdir ki, aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmır! İndi demək olar ki, əhali də əvvəlki kimi bu məhsulları bir o qədər də almır.
Çünki əksər kolbasalar və sosiskar keyfiyyətli deyil! Bununla yanaşı, mənşəyi bilinməyən və keyfiyyətsiz ətdən bu məhsullar hazırlanır. Bir çox halda həmin məhsulların içərisindən yad cisimlər,hətta siçan quyruğu çıxır. Sosial şəbəkədə belə bir görüntüyə bu günlər rast gəldim.Həmin kolbasanın içindən dəmir qırıntisi çıxmışdı.
Bir çox televiziyalar isə belə keyfiyyətsiz məhsulları reklam edirlər. Məsələn, Zaur və onun xanımı " Kral" kolbasa və sosiskalarını çox bəh- bəhlə reklam edir. Onların nə vecinə, pulların alıb, işlərin görürlər. Görəsən, həqiqətənmi onlar bu kolbasalardan yeyirlər! Nə isə ... Tay camaatı reklamla aldatmaq olmur, çünki insanlar ağzının dadını yaxşı bilir. Kim nə istəyirsə, nə xoşuna gəlirsə, onu da gedib marketlərdən alır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
30 Aprel 2026 19:40
Onkologiya Mərkəzindəki partlayışı həkimi öldürmək istəyən xəstə törədib - Cinayət işi başlandı
30 Aprel 2026 17:00
“Övladım həmin gün evdə…” - Hamamda zəhərlənən 14 yaşlı qızın anası danışdı - VİDEO
30 Aprel 2026 15:47
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var
30 Aprel 2026 11:55


Bakı -°C

