Muğan Mətili ölmədi, şəhid oldu...
Mənim yaxın qohumum Böyük Bəhmənli kənd musiqi məktəbinin direktoru Vasif Əliyev öz statusunda gözəl qarmon çalan bir gəncin görüntülərini yerləşdirmişdi. Musiqiyə qulaq asdım və tüklərim biz- biz oldu. Və qızıl barmaqların çaldığı musiqi ürəyimin " sarı simi" nə toxundu, bu möcüzə yaradan barmaqlara heyran oldum .
Təkrarən yeni musiqini dinlədim və ondan doymadım. Nə gözəl ifa! Afdandil İsrafilovun xalların və barmaqların duyurdum... Sən demə, bu gənc aprelin 13- də Füzuli rayonunun Aşağı Veysəlli kəndində minaya düşüb və şəhid olub. Daha doğrusu, " ANAMA" da işləyirmiş.Mətili Muğan Rəfail oğlu 1995- ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.Orta məktəbi bitirəndən sonra Sumqayıt şəhər Musiqi Texnikumuna qəbul olub və gözəl qarmon ifaçısı kimi yetişib.
Bir müddət rayonun Aşağı Yağlıvənd Uşaq Musiqi məktəbində müəllim işləyib. 2024- cü ildə ərizəsi könüllü olaraq işdən çıxaraq " ANAMA" da işə düzəlib. Onun dostlarından biri olan Vasif Əliyev deyir ki, Muğan Mətili çox tərbiyəli, mədəni, istedadlı və vətənpərvər gənc idi. O, gözəl ifaları ilə həmişə onu dinləyənləri yandırırdı, amma bu dəfə bizi ölümü ilə yandırdı...
İkinci Qarabağ savaşında, yəni 44 günlük Vətən müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərib. Muğan bu 44 gündə Əhmədbəyli kənd məscidində şəhidlərimizin yuyulmasında və onların öz el- obasına çatdırılmasında çox köməklik göstərib. O, vətənini , torpağını, elini, obasını canında artıq istəyirdi.
Ona görə də el- oba da ona çox istəyirdi və Muğanı son mənzilə böyük sevgi ilə yola saldılar. Hər dəfə onun səsləndirdiyi gözəl musiqiləri eşidəndə o yenidən onu sevənlərlə görüşəcək! Və Muğan Mətili ölmədi, şəhid oldu!!! Şəhidlər isə heç vaxt ölmürlər!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
21 Aprel 2026 21:34
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru - VİDEO
21 Aprel 2026 20:50
Bakı metrosunda qatar yoluna düşən sərnişin öldü
21 Aprel 2026 17:22
Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi - 9 nəfər isə...
21 Aprel 2026 16:36


Bakı -°C

