Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib
27 mart 2026-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açıb. İttifaq sədri iştirakçıları salamlayıb, Beynəlxalq Teatr Günü münasibəti ilə təbrik edib, İttifaqın beynəlxalq əlaqələrindən danışıb.
Çıxış edənlər - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Əməkdar artist, professor Azad Şükürov və başqaları Beynəlxalq Teatr Gününün tarixindən, Azərbaycan teatrının uğurlarından danışıblar.
Çıxışlararası teatrın tarixini və Azərbaycan Teatr Xadimləri İttifaqının beynəlxalq əlaqələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Çıxışlardan sonra teatr sahəsində xidmətləri olan sənətçilərə İttifaqın "Teatr fədaisi" medalı, "Qızılgül" mükafatı və Fəxri fərmanları təqdim olunub.
Sonda xatirə şəkilləri çəkilib.
Digər Xəbərlər
03 Aprel 2026 11:36
Side Antik Şəhəri: Tarix və turizmin qovuşduğu Aralıq dənizi incisi - FOTOLAR
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11


Bakı -°C

