DİN-dən Kürdəmirdəki hadisələrlə bağlı AÇIQLAMA

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb.
Respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir.
Digər Xəbərlər

Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - FAKTİKİ HAVA

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO

Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - QMİ rəsmisi

Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür etdi
