Dəməşqi qətiyyən tək buraxa bilmərik - Ərdoğan

Biz Suriyanı qətiyyən tək buraxa bilmərik. Ona görə də xarici işlər naziri və kəşfiyyat direktoru Suriya ilə sıx dialoq aparırlar. Suriya üçün köhnə günlər geridə qaldı. İndi yeni dövr başlayıb. Amma bildiyiniz kimi, İsrail cənubdan Suriyaya təzyiq edir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
“Onlar “parçala, hökm sür” prinsipinə əməl edərək, bundan hansısa mənfəət əldə etməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Suriyada inklüzivliyə üstünlük verən bir hakimiyyət var. Bu, Suriyada qüvvələr nisbətini dəyişib və indi bunu qəbul edə bilməyənlər var”, - Ərdoğan vurğulayıb.
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
