Dekabrda Ağdama daha 104 ailə köçürüləcək
Ağdam şəhərində istifadəyə verilən 2-ci yaşayış kompleksinə dekabr ayı ərzində 104 ailə köçürüləcək.
Adalet.az "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edən Fidan Məmmədli deyib.
O, şəhərdəki 2-ci yaşayış kompleksinin ərazisinin 13 hektardan çox olduğunu vurğulayıb:
"Burada inşa edilən yaşayış kompleksində 60 bina, 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksində 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə 1268 mənzil var. Onu da qeyd edək ki, cari ilin dekabr ayı ərzində buraya 104 ailədən ibarət 426 nəfərin köçürülməsi nəzərdə tutulur. Həmçinin gələn ilin yanvar-fevral aylarında isə daha 1164 ailədən ibarət 4 min 772 nəfərin köçürülməsi reallaşacaq.
Bildirmək istəyirəm ki, yaşayış binaları daimi su, elektrik və sürətli internet, həmçinin bütün mənzillər daimi istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb".
Qeyd edək ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Digər Xəbərlər
25 Dekabr 2025 15:42
Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb - YENİLƏNİB
25 Dekabr 2025 12:26
Qar yağacaq, yollar buz bağlayacaq -SABAHIN HAVASI
25 Dekabr 2025 11:12
Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib
25 Dekabr 2025 10:23
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
25 Dekabr 2025 10:11
Prezidentin ad günündən ailəvi FOTOSU
24 Dekabr 2025 17:00
İlham Əliyev və xanımı Ağdamda sakinlərlə görüşdü - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 16:24
"Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib - VİDEO
24 Dekabr 2025 15:24


Bakı -°C

