Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb - YENİLƏNİB
Dekabrın 25-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 169 nəfərdən ibarət 37 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***09:04
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Adalet.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə - 83 nəfər, Xanyurdu kəndinə 12 ailə - 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə - 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə - 147 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Digər Xəbərlər
25 Dekabr 2025 17:48
Bu il Azərbaycanda avtobusla 500 milyona yaxın sərnişin daşınıb
25 Dekabr 2025 17:08
Xankəndidə Yeni il yarmarkası təşkil olunacaq - İlk dəfə
25 Dekabr 2025 14:02
Dekabrda Ağdama daha 104 ailə köçürüləcək
25 Dekabr 2025 12:26
Qar yağacaq, yollar buz bağlayacaq -SABAHIN HAVASI
25 Dekabr 2025 11:12
Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib
25 Dekabr 2025 10:23
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
25 Dekabr 2025 10:11
Prezidentin ad günündən ailəvi FOTOSU
24 Dekabr 2025 17:00


Bakı -°C

