Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanıldı

İyunun 10-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
Digər Xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanıldı

Bakıda ekstazi həblərini toz formasında satmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Dələduzluqla axtarışda olan 6 nəfər tutulub
