Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı

İyunun 11-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Digər Xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanıldı

Bakıda ekstazi həblərini toz formasında satmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Dələduzluqla axtarışda olan 6 nəfər tutulub
