Çempionlar Liqası: "Qarabağ" "Kopenhagen"lə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyun olacaq.
Adalet.az xəbər verir ki,"Qarabağ" komandası Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.
Matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Oyunun niderlandlı hakim Serdar Gözübüyük idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. "Kopenhagen" isə Almaniyanın "Bayer 04" komandası ilə bərabərə qalıb -2:2.
Turnir cədvəlində Azərbaycan təmsilçisi 3 xalla 13-cü, Danimarka klubu 1 xalla 24-cü pillədə qərarlaşıb.
Digər Xəbərlər

"Sabah" klubu 11700 manat cərimələndi

III MDB oyunları ilə əlaqədar Kür çayında DİN-in katerləri fasiləsiz xidmət aparır - VİDEO

UEFA "Qalatasaray"ı cərimələdi
