Cabir İmanov dəfn edildi - YENİLƏNİB

Əməkdar artist Cabir İmanov dəfn edilib.
Adalet.az xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Cabir İmanovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilib.
***
Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Adalet.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
***
Xəbər verdiyimiz kimi, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
Adalet.az-ın məlumatına görə, mərhumun cənazə namazı qılındıqdan sonra, onun nəşi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə gətirilib.
Vida mərasiminə mərhumun yaxınları, sənət adamları və dövlət rəsmiləri qatılıb.
O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
***
13:08
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünən Bakıda idman zalında infarktdan vəfat edib.
Adalet.az-ın məlumatına görə, onun nəşi az sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə gətiriləcək.
Vida mərasiminə mərhumun yaxınları, sənət adamları və dövlət rəsmiləri qatılıb.
O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
Digər Xəbərlər

Mənsum İbrahimova "NDU-nun Fəxri professor" diplomu təqdim olunub

Tarix və Turizm Çanaqqale dərinliklərində bir arada

“On iki il “Xəcalət” tamaşasını oynadım, indi nə hal keçirə bilərəm?”

Naxçıvanda 9 musiqi məktəbinin adı dəyişdirildi

Kapadokyanın Ortahisar kəndi dünyanın ən gözəl kəndləri siyahısında - FOTOLAR

Bu xanıma vəzifə verildi

Şəhərdə İtən Kənd: Modernləşmənin Türk Ailə Quruluşuna Yansımaları
