“Bütün Ukrayna bizimdir” - Putindən ŞOK AÇIQLAMALAR

“Ukraynada baş verən faciə ilə bağlı olan hər şey bizim işimizin nəticəsi deyil. Bu, dünyada baş verən qlobal dəyişikliklərə dözmək istəməyənlərin əməyinin nəticəsidir”.
Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.
“Mən artıq dedim ki, mən rus və ukrayna xalqını bir xalq hesab edirəm. Bu mənada bütün Ukrayna bizimdir” - Putin deyib.
Rus ordusunun hara gedə biləcəyini soruşduqda isə Putin belə cavab verib: “Rus əsgərinin ayaq basdığı yer bizimdir”.
Putinin sözlərinə görə, Moskva daim Kiyevə dayanmağı və danışıqlar aparmağı təklif edib, lakin Ukrayna hakimiyyəti bu cür təşəbbüslərdən imtina edib. İndi Rusiya Silahlı Qüvvələri bütün döyüş təmas xətti boyunca irəliləyir, Ukrayna Silahlı Qüvvələri isə qüvvələrini cəbhə boyu ayırıb:
“Görün nə etdilər: gedib bizim Kursk vilayətini işğal etdilər, orada 76 min insan itirdilər! Bu, onlar üçün fəlakətdir”.
Putin onu da bildirib ki, Rusiya Ukraynanın kapitulyasiyasına can atmır, amma formalaşmış reallıqların tanınmasında israrlıdır.
Digər Xəbərlər

Tək regionda yox, dünyada sabitlik üçün çalışırıq - Ərdoğan

Ərdoğanla Paşinyanın bir saatlıq görüşü bitdi - YENİLƏNİB

Üçüncü dünya müharibəsi - Putindən XƏBƏRDARLIQ

Türkiyəli nazir: İsraillə İran arasında gərginlik regionda böyük xaosa səbəb ola bilər

Yaşar Gülər: Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün ciddi təşəbbüslərlə çıxış edir

İran İsraildə Şin Bet qərargahını hədəfə aldı - YENİLƏNİB + VİDEO

"Problemi həll etmək üçün danışıqlar mütləqdir" - Ərdoğan
