Barışıq sazişi əsasında cəzadan azad edildi - Azərbaycanda ilk
Səbail Rayon Məhkəməsində məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin təqdimatına baxılıb.
Adalet.az xəbər verir ki, işin hallarına görə, şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hakim Azər Tağıyevin sədrliyi ilə təqdimata baxılarkən məlum olub ki, 22 aprel 2025-ci il tarixdə məhkumla zərərçəkmiş arasında Mediasiya Şurasının təşkilatında iştirakı ilə barışıq sazişi bağlanıb. Bundan sonra zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, məhkumla barışdığını və cinayət nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini göstərib. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 80-1 maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilir.
Məhkəmə məhkumla zərərçəkmiş şəxs arasında ailə münasibətləri zəminində yaranmış mübahisənin mediatorun vasitəçiliyi ilə barışıq sazişi bağlandığını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunmasına dair qərar qəbul edib.
Digər Xəbərlər
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31
Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR
09 Dekabr 2025 18:21
Prokuror ərəblərə həbs cəzası istədi
08 Dekabr 2025 20:45
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi
08 Dekabr 2025 15:29
Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09


Bakı -°C

