Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az xəbər verir ki, bu gün onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Ə.Kərimli barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.
Digər Xəbərlər
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31
Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR
09 Dekabr 2025 18:21
Prokuror ərəblərə həbs cəzası istədi
08 Dekabr 2025 20:45
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi
08 Dekabr 2025 15:29
Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
03 Dekabr 2025 16:52


Bakı -°C

