adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 16:32
138
GÜNDƏM
A- A+

Metro niyə dayanmışdı? - SƏBƏB AÇIQLANDI

Bu gün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb.

Adalet.az
 xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb: 

"Bu səbəbdən də “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb".