Xəstəxananın həyətində həyata qaytarılan şəxsin son durumu - VİDEO + YENİLƏNİB
Aprelin 19-da ictimai nəqliyyatda vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının həyətinə çatdırılıb. Saat 19:50 radələrində hadisədən xəbər tutan həkim heyəti dərhal xəstəxananın həyətindəcə ilkin tibbi müdaxiləyə başlayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Adalet.az-a verilən məlumata görə, təcili olaraq kardiopulmonar reanimasiya (CPR) – ürəyin qapalı masajı həyata keçirilib və vətəndaş həyata qaytarılıb. Daha sonra o, xəstəxananın qəbul şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmətlərin icrasına başlanılıb.
Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı və ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı vaxtında göstərilən uğurlu tibbi müdaxilə nəticəsində xilas edilib.
Həkimlərin vətəndaşın həyatını xilas edərkən göstərdiyi mübarizə xəstəxanada müalicə alan pasiyentlərdən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir.
Şəxsin yaxınları tərəfindən xəstəxanaya müraciət olunmadığı bildirilib.
***
Bakıda ürəyi dayanan xəstəni həkimlər həyata qaytara bilib.
Adalet.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həyətində lentə alınıb
Digər Xəbərlər
21 Aprel 2026 21:34
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru - VİDEO
21 Aprel 2026 20:50
Bakı metrosunda qatar yoluna düşən sərnişin öldü
21 Aprel 2026 17:22
Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi - 9 nəfər isə...
21 Aprel 2026 16:36


Bakı -°C

