Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" (STRATCOM) mövzusunda kurs keçirilib.
MN-dən Adalet.az-a verilən xəbərə görə, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin bir qrup şəxsi heyəti ilə yanaşı digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.
Kurs müddətində iştirakçılar müxtəlif mövzularda təqdimatları dinləyib, qarşılıqlı müzakirələr aparılaraq suallar cavablandırılıb, eləcə də Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olublar.
Kursun keçirilməsində əsas məqsəd dinləyicilərə strateji kommunikasiyanın rolunu izah etmək, informasiya əməliyyatlarında koordinasiyanı artırmaq, əməliyyat mühitində iştirakçı tərəflərin kommunikasiya planı qurma və tətbiqi bacarıqlarını inkişaf etdirmək, müttəfiq ölkələr, eləcə də qurumlar arasında vahid yanaşma prinsipini göstərmək və silahlı münaqişələr zamanı informasiya mübarizəsində hazırlığı artırmaqdan ibarətdir.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Digər Xəbərlər

Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır

Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır

DİN-dən hər kəsi məmnun edəcək təklif - Polis rəislərinə birbaşa müraciət - VİDEO

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum oldu

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

Azərbaycanın növbəti uğuru: Artıq proses başladı
