14 Avqust 2025 10:38
94
GÜNDƏM

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak ediblər.

Adalet.az xəbər verir ki, hərbçilərimizin paradda keçidi maraqlı anlarla yadda qalıb.

Belə ki, keçid zamanı tədbirin şərhçiləri komandolarımızı “Pakistana xoş gəlmisiniz” və “Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı” şüarları ilə salamlayıb. 

Hərbçilərimizin ana dilimizdə qarşılanması anının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Həmin görüntüləri təqdim edirik: