Azərbaycanın növbəti uğuru: Artıq proses başladı

Bildiyiniz kimi, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Eyni zamanda Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu da məlumdur.
Adalet.az xəbər verir ki, erməni mediasını təşvişə salan növbəti bir xəbər gündəmə çevrilib. Bildirilir ki, Nikol Paşinyan Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə, xüsusən də Müstəqillik Bəyannaməsinə istinaddan imtina edilməsinə razılıq verib.
Bunu "Hraparak" nəşri yazıb:"Vaşinqton Sazişinin birinci bəndi sübut edir ki, sülh müqaviləsi paraflandıqdan sonra “biz Sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq”.
Bu razılaşmadan sonra rəsmi Bakı üzə çıxardı ki, onlar Paşinyana ev tapşırığı veriblər: o, Konstitusiyanı dəyişməlidir, bundan sonra onlar sazişin yalnız yekun variantını imzalayacaqlar. Qeyd edək ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib.
Əldə etdiyimiz məlumata görə, bu şura tezliklə yeni konstitusiya yazmaq üçün aktiv iclaslar keçirəcək, bunu Ermənistan cəmiyyətinin irəli sürdüyü tələb kimi təqdim etməyə çalışacaq".
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan 2024-cü ildə tamamilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalamışdı.
Xatırladaq ki, Konstitusiya preambula (ön söz) və 9 fəsildən ibarətdir.
Əntiqə Rəşid
Digər Xəbərlər

Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır

DİN-dən hər kəsi məmnun edəcək təklif - Polis rəislərinə birbaşa müraciət - VİDEO

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum oldu

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

Ərdoğan Bəxtiyar Ersayı ordu komandanı TƏYİN ETDİ
jpg-1755090227.jpg)
Fadeyev, Ermənistana 400 ton silah verəndə, sizcə, biz incimədik ?
