“AzerGold” QSC və Abu Dabi Ticarət Bankının nümayəndələri arasında görüş keçirilib - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Abu Dabi Ticarət Bankının (Abu Dhabi Commercial Bank – ADCB) nümayəndələri ilə görüş keçirib.
Adalet.az xəbər verir ki, görüş zamanı Zakir İbrahimov qonaqlara “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nailiyyətlər və qarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumat verib. O, Cəmiyyət tərəfindən dağ-mədən sənayesinin inkişafı, ətraf mühitin mühafizəsi, sosial layihələrin icrası, yüksək ekoloji standartlara cavab verən innovativ texnologiyaların tətbiqi, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və sektorun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.
Öz növbəsində Abu Dabi Ticarət Bankının nümayəndələri “AzerGold” QSC-nin Azərbaycanın qeyri-neft sektorundakı aparıcı mövqeyini, eləcə də geoloji kəşfiyyat və mədən layihələrinin icrası sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması və gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.
Digər Xəbərlər

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır

İşğaldan azad olunmuş ərazilərin bərpasına bu il 2,6 milyard manat xərclənib

“Son 30 ildə dövlətimizin büdcəsi 50 dəfə artıb" - Nazir müavini
